QR CodeQR Code

Silahlı Qüvvələrimiz 3 şəhid verdi

Ans , 26 Jan 2015 15:26



“Son günlər işğal olunmuş Dağlıq Qarabağ ərazisində çoxsaylı itkilər verən Ermənistan Silahlı Qüvvələrinin bölmələri cəbhədəki ağır uğursuzluqlar səbəbindən növbəti dəfə daha aqressiv və eybəcər təxribata əl atıblar”.
Bunu Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər. Rəsmi məlumatda qeyd edilir ki, düşmənin kəşfiyyat-təxribat qruplarının cəbhə boyu və Azərbaycan-Ermənistan dövlət sərhəddində qoşunların təmas xəttində Silahlı Qüvvələrimizin bölmələrinin mövqelərinə qəfil hücum etmək cəhdlərinin qarşısı uğurla alınıb.

Yanvar ayı ərzində ermənilərin 17 hərbi qulluqçusu məhv edilib, 20-dək yaralısı var.

Sayca qat-qat çox olan düşmənlə qeyri-bərabər döyüşdə Silahlı Qüvvələrimizin bölmələri şəxsi şücaət və igidlik göstərib. Düşmən hücumlarının qarşısı alınan zaman 3 hərbi qulluqçumuz şəhid olub, yaralananlar var.


Story Code: 435093

News Link :
https://www.islamtimes.org/az/news/435093/silahlı-qüvvələrimiz-3-şəhid-verdi

Islam Times
  https://www.islamtimes.org