QR CodeQR Code

Kerri ilə Lavrov Ukrayna məsələsini müzakirə ediblər

26 Jan 2015 19:59

IslamTimes - ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.


APA-nın xəbərinə görə, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd edilib ki, telefon danışığı zamanı Ukraynanın cənubundakı Mariupolda baş vermiş hadisələr, sepratçıların hücumu nəticəsində onlarla mülki şəxsin öldürülməsi müzakirə olunub.
Kerri atəşkəs sazişi imzalanmasının, ağır artleriyanın geri çəkilməsinin, sərhədin bağlanmasının vacibliyinə diqqət çəkib.
ABŞ bölgədə gərginliyin artmasından narahatlıq ifadə edib, sülh yaradılması üçün əməkdaşlığa hazır olduğunu bildirib.
Qeyd edək ki, dünən Ukraynanın Mariupol şəhərinə sepatçıların hücumu zamanı 30 nəfər ölüb, 103 nəfər yaralanıb. 


Story Code: 435185

News Link :
https://www.islamtimes.org/az/news/435185/kerri-ilə-lavrov-ukrayna-məsələsini-müzakirə-ediblər

Islam Times
  https://www.islamtimes.org