QR CodeQR Code

İrandan ABŞ-a mesaj: İsrail qırmızı xətti tapdaladı və…

Islamazeri , 28 Jan 2015 17:07

Islamtimes - İsrail terroru nəticəsində həyatını itirən “Hizbullah” üzvləri və iranlı generalın yas məclisində İranın Xarici İşlər Nazirinin müavini ABŞ-a Quneytra mesajı verdiyini açıqlayıb


İslamazeri-nin İRNA-ya istinadən verdiyi xəbərə görə, İsrail terroru nəticəsində Quneytrada həyatını itirən “Hizbullah” üzvləri və iranlı generalın yas məclisində İranın Xarici İşlər Nazirinin müavini Huseyn Əmir Abdullahian ABŞ-a Quneytra mesajı verdiyini açıqlayıb.

İranlı nazir müavini bu haqda deyib: “General Muhəmməd Əli Allahdadinin şəhadətindən sonra diplomatik kanallarla ABŞ-a bir mesaj göndərdik. Mesajda “İşğalçı sionist İsrail rejimi qırmızı xətti tapdaladı və bunun nəticəsini gözləsinlər” dedik”.

Qeyd edək ki, bu gün Tehranda məscidlərdən birində Quneytrada həyatını itirən iranlı general və “Hizbullah” üzvləri üçün təşkil edilən yas məclisində İran prezidentinin köməkçilərindən İshaq Cihangiri, general Qasim Suleymani, general Əmirəli Hacızadə, general Huseyn Salami, general Yəhya Səfəvi, İranın Livandakı sabiq səfiri Əli Şirazi, “Hizbullah”ın Tehran təmsilçiliyinin üzvləri, Suriyanın İrandakı səfiri Adnan Mahmud da iştirak ediblər.


Story Code: 435623

News Link :
https://www.islamtimes.org/az/news/435623/irandan-abş-a-mesaj-israil-qırmızı-xətti-tapdaladı-və

Islam Times
  https://www.islamtimes.org