0
Friday 30 January 2015 - 23:43

Ruhani şəhidlərimiz fəxr edirik! – Şəhid Dostəli

Story Code : 436110
Ruhani şəhidlərimiz fəxr edirik!  – Şəhid Dostəli
ALLAHIN ADI İLƏ!

“Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.” (Ali İmran -169)

Hüseynimin Kərbəlası burdadır,

Zeynəbimin neynəvası burdadır,

Hər bir zülmün ibtidası burdadır,

Əldən gedən həm Vətən, həm imandı,

İmdadə yet Əbəlfəzlim amandı!

Vətən dərd ilə yazılmış bu sətrlərin müəllifi, ruhani alim, Əhli-Beyt (əleyhimussalam) aşiqi, şəhid Məşhədi DostƏli Mirəlizadədir. 1974-cü il mart ayının 6-da İmişli şəhər Qaravəlli kəndində dindar və mömin bir ailədə dünyaya gəlir. Özünün dünyaya gəlişi ilə valideynlərini həddən artıq sevindirən bu məsum körpə, ilk uşaqlıq illərindən dinə və İslama olan xüsusi məhəbbəti ilə seçilir. Atası Kərbali MəhəmmədƏli adını DostƏli qoyur. Əmirəl-möminin Əlinin (əleyhissalam) və Əhli-Beytin (əleyhimussalam) dostu. Sən demə, bu xoşbəxt körpə ömrünün ən cavan çağında, 19 yaşında, Ağası və mövlası Əmirəl-möminin Əlinin (əleyhissalam) yolunu gedib, könüllü şəkildə Vətən toprağlarının qornuması yolunda, şəhadət şərbətini içəcək və böyük bir feyzə nail olacaq.

12 yaşlı Əhli-Beyt (əleyhimussalam) aşiqi DostƏli, tanınmış ruhani mərhum Molla Əhmədin məxsus şagirdlərindən olur və iki ilə yaxın onun nəzarzti altında gecə-gündüz Quran və İslami elmlərin təhsili ilə məşğul olur. Elə uşaq çağlarından dini şerlər yazmaq ilahmı bu ruhani alimdə cuşə gəlir. Ərəb və fars dillərini lazımınca bilib imtahan verdikdən sonra artıq, 14-15 yaşlarında ən ağır dini məclisləri asanlıqla yola vermək qabiliyyətinə malik olur. Dini təbliğatdan doymayıb evə gec gələn şəhid ruhani alim, öz qeyd dəftərçəsində atasına belə xitab edir:

Göründüyü kimi xırda yaşına baxmayaraq, artıq İslamda və cəmiyyətdə olan mənəvi problemləri dərk edən şəhid, sovet rejiminin dinin başına gətirdiyi çətinlikləri dərk edir və nəzmə çəkir. Vətən, din və İslam dərdini çəkməyə başlayır. Beləliklə, 15-16 yaşlarında artıq İmişli, Kürdəmir, Saatlı və Sabirabad şəhərlərində dini məclislərdə dərin mənalı mövizələri ilə məhşurlaşan şəhid ruhani alim, məşhədi DostƏli istər cavan, istərsə də yaşlı ağsaqqal möminlərin qəlbində özünə xüsusi yer tapır. Bundan əlavə, ruhani alim DostƏlini yaxından tanıyan və onun fiti istedadına və elminə bələd olan Qafzaq Ruhanilər idarəsi, onu bir müddət Qazax şəhərinin Akstafa məntəqəsinə axund kimi təyin edirlər. 16 yaşlı cavan mömin din alimi bu şəhərdə özünün imanı ilə tanınır və çoxlarının Əhli-Beyt (əleyhimussalam) yoluna gəlməsində vasitə olur.

1990-cı ildə İran İslam Respublikası ilə sərhədlər açıldıqdan sonra şəhid ruhani alim şəhid DostƏli, İmam Rzanın (əleyhissalam) ziyarət eşqi ilə sərhədi gecə keçib müqəddəs Məşhəd ziyarətinə müvəffəq olur. Maraqlı burasıdır ki, 16 yaşlı cavan alimi İmam Rzanın (əleyhissalam) ziyarətinə, Ərdəbildən bu şəhərin imam cüməsi mərhum ayətullah Mürəvvic ağa yola salır. Mərhum ruhani şəhid DostƏli mərhum ayətullah Mürəvvic ağa ilə görüşündən sonra həyatında daha bir irəliləyiş olur. Şahidlərin dediyinə görə, görüşdə ayətullah Mürəvvic ağa şəhid DostƏlinin elmi və mənəvi cəhətdən imtahan etdikdə, bu cavanda fövqəladə fitri istedadın və dini savadın olduğun başa düşür. Ona özü ruhani libası alıb, öz əlləri ilə müəmməm etdikdən sonra onu müqəddəs Məşhəd şəhərinə ziyarətə yola salır. Allah-taala tərfindən olan bütün bu xüsusi lütf və mərhəmətlər, ruhani şəhid DostƏliyə daha da ruh verir və Məşhəd ziyarətindən Vətənə İslam Peyğəmbərin (s) libası ilə qaydır. Hətta, ayətullah Mürəvvic ağanın göstərişi və məkbutbu əsasında sərhəddən da sənədsiz ( o zaman hamı sərhəddən pasportsuz vizasız keçib ziyarətə gedirdi)- ruhani libası ilə keçir və məktubu oxuyan hər iki təfər sərhədçiləri ruhani şəhidə bir söz demirlər.

Elə bu zaman Vətəndə qanlı-qadalı günlər başlayır. Bir tərəfdən 20 yanvar hadisələri, digər tərfdəni isə erməni təcavüzkarlıqları ruhani qardaşımıza çox böyük təsir edir. Ruhani alim şəhid DostƏli heç də bu hadislərdən kənarda qalmır. O, sonradan 20 yanvar şəhidlərinə yazdığı mərsiyədə yazır:

Kaş ki, Bakıda ol gecə al qanı görəydin,

Asfalta yıxılmış neçə cavanı görəydin,

Əlində tutmuş əsləhə şeytanı görəydin,

Onda bilərdin ki, yetir canə şəhidlər.

Oldu Bakıda Kərbibəla tufanı Allah!

Ağlamağ olub millətimin hər anı Allah!

Güllər səpilib yollara minlər sanı Allah!

Göz yaşı axır guşeyi xiyabana şəhidlər!

Yaz DostƏli ol qəmli kədərli gecələrdə,

Göz yaşlı ürək odlu qəhərli gecələrdə.

Zülm ilə keçən qarə zəhərli gecələrdə,

Bil daxili cənnətdi Rizvanə şəhidlər.

O gecə, Allahın hikməti ilə bakının Kərbəla meydanınıdan sağ çıxan şəhid alim, Qarabağda, Vətən uğrunda döyüşlərdə iştirak etməyi qarşısına məqsəd qoyur. El-oba onu əsgərlikdən saxlamaq üçün hərbi hissəyə müraciət etsələr də, bu dəfə ruhani alim DostƏli döyüşdən qalmaqla razılaşmır və atası ilə vidalaşıb ondan icazə aldıqdan sonra könüllü şəkildə Bakıya əsgərliyə yola düşür. Üç-dörd ay bakıda əsgərlikdə olduqdan sonra şəhid alimi on günlüyünə evə buraxırlar. Bu da şəhid məşhədi DostƏli üçün ən yaxşı fürəst olur ki, könüllü şəkildə cəbhə bölgələrindən birinə yola düşsün. Bir-neçə gün evdə qaldıqdan sonra gecə ikən atası ilə vidalaşan ruhani alim DostƏli Cəbrail şəhərinin Quycaq kəndində gedən ağır döyüş bölgəsinə gəlib çıxır. Üç ay keçmir ki, 1993-cü ildə Cəbrail uğrunda gedən ağır döyüşlərin birində qəhrəmancasına şəhidlik məqamına nail olur. Bu zaman çox maraqlı bir hadisə baş verir. Bəzi şahidlərin deməyinə əsasən, ruhani alim şəhid DostƏli düşmən tərəfində ön cəbhədə vurulub yaralandıqdan sonra bir neçə saat orta xəttədə qalır və onu götürə bilmirlər. Bu zaman əsgərlər onun yaralı səsini eşidirlər. Bir az diqqət etdikdən sonra başa düşürlər ki, şəhid DostƏli yaralı halda özü-özünə Yasin surəsini tilavət edir. Şəhid ruhani alim şəhid DostƏli üç gün Beyləqanda hərbi xəstəxanada qaldıqdan sonra 1993-cü il yanvarın 30-da ağır yaralandıqdan sonra şəhidər sırasına, mələkut alminə qovuşur.

Allah-taala ruhun şad eləsin! Ümidvarıq, Qarabağ və Vətən uğrunda könüllü şəkildə qəhrəmancasına şəhid olmuş belə bir ruhani şəhid alimi, müsəlman xalqımız unutmayacaq və belə mömin ruhani alim şəhidlərin xatirəsini həmişə əziz tutucaqlar! Belə nəzər gəlir ki, dindar və ruhani alim olmasına görə bu günə qədər xalq arasında möhkəm iman və etiqadı ilə tanınmış bu yeganə ruhani şəhid alimin şəhadətinin təbliği Vətəndə dövlət səviyyəsində təbliğatdan çox geri qalıb. Səbəbi də aydındır və təcrübə kimi mömin qardaşımız şəhid Mübarizi göstərə bilərik. Haqqında yazdığımız ruhani şəhid DostƏlinin ailəsinə olan münasibət də həmin qəbildəndir. Bu yaxınlarda İmişli şəhərində, canını Vətən yolunda vermiş şəhidin mömin qardaşı Məşədi Nəsibi dini sahədə fəaal təbliğ etdiyinə və həqiqətlərdən çox danışdığına görə on illik sadiq iş təcrübəsinə baxmayaraq, dəmir yolunda adi texnik vəzifəsindən böhtan atıb çıxarırlar. Budur dövlətin şəhid ailəsinə və şəhid qardaşına olan xidmətləri…..

Sonda əziz oxuculardan xahiş edirik ki, harda olmalarından asılı olmayaraq şəhid ruhani alim, şəhid DostƏli haqqında hansı xatirə, mərsiyə və şerləri varsa bizə yollamağı (Fazil2002@mail.ru) unutmasınlar. Bütün bu məqalə, mərsiyə və mənəvi şerlər tezliklə ruhani şəhid haqqında hazırlanacaq xatirə kitabçasında çapa veriləcək!

Qoy bizim müəslman xalqımız bilsin ki, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) libasını geymiş, Əhli-Beyt (ə) məktəbinin davamçıları olan mubariz din xadimlarimiz, Vətən uğrunda hər an şəhadət şərbətini içib Vətəni qorumağa hazırdırlar. Dinimizin və mənəviyyatımızın keşiyində dayanmış mübariz din xadimləri və alimlərimiz bu gün haqq sözü deyərək, zindanlarda olmaları buna açıq-aydın dəlildir.

DostƏli nohə yazıb hər gecəni ağlaginən,

Hüseyn-Hüseyn deyərək ürəkləri dağlagilən.

O canın məhəbbətin xəyallara bağlaginən,

Axı gülləri solan məzlum Hüsendir bu Hüseyn!

Hazırladı: Əl-Müstəfa (ə) adına Beynəlxalq İslam

Univeristetinin tələbsi

Faiq Vəlizadə

2015-01-30
Source : Nur.az
Comment