QR CodeQR Code

Həcc mərasiminin təhlükəsizlik tədbirləri

10 Nov 2010 07:42

IslamTimes - Səudiyyə anti-terror xüsusi mühafizə qüvvələri 385 hərbi texnika və 4000 canlı qüvvə ilə bu il Həcc mərasimi zamanı Məkkə və Mədinədə təhlükəsizliyi təmin edəcək.


Xüsusi mühafizə qüvvələrinin rəhbəri Məhəmməd Əl-Omani bildirmişdir ki, mühafizə xidməti vəzifəsini yerinə yetirməyə tam hazır vəziyyətdədir. Onun bildirdiyinə görə, onun qüvvələri bu il Həcc ziyarəti zamanı baş verə biləcək istənilən hadisəyə hazırdılar.
“Biz mümkün və real hallara uyğun olan ssenarilər əsasında çoxsaylı təlimlər həyata keçirmişik,”- deyə o əlavə etmişdir.


Story Code: 43626

News Link :
https://www.islamtimes.org/az/news/43626/həcc-mərasiminin-təhlükəsizlik-tədbirləri

Islam Times
  https://www.islamtimes.org