QR CodeQR Code

Madriddə etiraz aksiyasında 100 min nəfər iştirak edib

Nur.az , 1 Feb 2015 12:48

İslamtimes - İsraniyanın solçu “Podemos” partiyası Madriddə təşkil etdiyi etiraz aksiyasına 100 mindən çox insan qatılıb. “Frans Press”-in verdiyi xəbərə görə, “dəyişikliklər marşı” şüarı ilə keçirilən yürüş iştirakçıları sərt iqtisadiyyat siyasətinə qarşı etirazını bildiriblər.


Müxtəlif şüarlar səsləndirən etirazçılar əllərində Yunanıstan dövlət və solçu SİRİZA partiyasının bayraqlarını dalğalandıraraq bu ölkənin solçuları ilə həmrəy olduqlarını nümayiş etdiriblər.

Qeyd edək ki, SİRİZA partiyası bir müddət əvvəl Yunanıstanda keçirilmiş parlament seçkilərində qələbə qazanıb.


Story Code: 436373

News Link :
https://www.islamtimes.org/az/news/436373/madriddə-etiraz-aksiyasında-100-min-nəfər-iştirak-edib

Islam Times
  https://www.islamtimes.org