QR CodeQR Code

Abgül Süleymanovun “krıtı” məsələsi apellyasiya məhkəməsinə çıxarıldı

Islamazeri , 31 Jan 2015 17:59

İslamtimes - Mübariz ruhani Hacı Abgül Süleymanovunun vəkilinin müvəkkilinin qapalı rejimli həbsxanaya göndərilməsinə etiraza Bakı Apellyasiya məhkəməsində baxılıb


Bu barədə islamazeri.az-a vəkil Cavad Cavadov məlumat verib.

Onun sözlərinə görə, gözləmədikləri halda 28 yanvarda ruhani Hacı Abgül Süleymanovun işiylə bağlı Bakı Apellyasiya Məhkəməsində proses keçirilib. Növbəti iclas isə 4 fevral 11:30-a təyin edilib.

Xatırladaq ki, Abgül Süleymanov 2011-ci il avqust ayının 11-də həbs edilib. İlahiyyatçı narkotik maddə satmaqda və istifadə etməkdə, qanunsuz aksiya təşkil etməkdə və qanunsuz odlu silah saxlamaqda ittiham edilərək 11 il həbsə məhkum olunub.


Story Code: 436418

News Link :
https://www.islamtimes.org/az/news/436418/abgül-süleymanovun-krıtı-məsələsi-apellyasiya-məhkəməsinə-çıxarıldı

Islam Times
  https://www.islamtimes.org