0
Sunday 1 February 2015 - 19:08

Merkel Yunanıstana güzəşt etməyəcək

Story Code : 436426
Merkel Yunanıstana güzəşt etməyəcək
Angela Merkel Yunanıstanın borcunu silmək üçün heç bir əsas görmür.
ANS PRESS-in məlumatına görə, Merkel iqtisadi köməyin olması üçün Yunanıstanın öhdəliyinə götürdüyü, ölkədə reformların həyata keçirilməsini yada saldı.
"Hamburger Abendblatt" nəşri kanslerin sözlərini belə yazır: “Özəl kreditorlar bunu etməkdən imtina etdi, banklar onsuz da bir neçə milyard keçiblər, mən bundan sonra Yunanıstanın borcunun silinməsinin mümkünlüyünü görmürəm”.
“Biz, Almaniya və digər avropa tərəfdaşları gözləyəcəyik və yeni yunan hakimiyyətinin bizə nə təklif edəcəyinə baxacağıq”, - deyə Merkel qarşı tərəfə ismarış verib.
Comment