0
Wednesday 10 November 2010 - 10:32

İstanbul, İran və «altılığ»a ev sahibliyi edəcək

Story Code : 43643
İstanbul, İran və «altılığ»a ev sahibliyi edəcək
İstanbul, İran və «altılığ»a ev sahibliyi edəcək
Artıq Türkiyə dövləti İranla “altılıq” arasında keçiriləcək görüşə ev sahibliyi edəcəyini təsdiqləyib.
Tehran dünən «altılıq»la (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Çin, Almaniya) nüvə proqramına dair danışıqların iyul ayında elan etdiyi 4 şərtin yerinə yetirilməsi halında bərpasına hazır olduğunu bildirib. Müvafiq məktub Avropa Birliyinin beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Ketrin Eştona göndərilib.
Ketrin Eşton İrana danışıqlar keçirməyi təklif edib və Tehran qarşılıq verməyə hazır olduğunu bildirib. Biz tezliklə belə bir görüşün vaxtını müəyyən etməyə çalışacağıq... Ümid edirik ki, 5+1 formatında görüş bu ayın sonunda keçirilə bilər», deyə Filip Krouli bildirib.
Comment