QR CodeQR Code

İstanbul, İran və «altılığ»a ev sahibliyi edəcək

10 Nov 2010 10:32

IslamTimes - ABŞ İranla nüvə proqramına dair danışıqlara hazır olduğunu bəyan edib və «altılıq» formatında birinci görüşün artıq noyabrın sonunda keçirilə biləcəyini bəyan edib.


Artıq Türkiyə dövləti İranla “altılıq” arasında keçiriləcək görüşə ev sahibliyi edəcəyini təsdiqləyib.
Tehran dünən «altılıq»la (Rusiya, ABŞ, Fransa, Böyük Britaniya, Çin, Almaniya) nüvə proqramına dair danışıqların iyul ayında elan etdiyi 4 şərtin yerinə yetirilməsi halında bərpasına hazır olduğunu bildirib. Müvafiq məktub Avropa Birliyinin beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Ketrin Eştona göndərilib.
Ketrin Eşton İrana danışıqlar keçirməyi təklif edib və Tehran qarşılıq verməyə hazır olduğunu bildirib. Biz tezliklə belə bir görüşün vaxtını müəyyən etməyə çalışacağıq... Ümid edirik ki, 5+1 formatında görüş bu ayın sonunda keçirilə bilər», deyə Filip Krouli bildirib.


Story Code: 43643

News Link :
https://www.islamtimes.org/az/news/43643/istanbul-iran-və-altılığ-a-ev-sahibliyi-edəcək

Islam Times
  https://www.islamtimes.org