QR CodeQR Code

Rusiyadan İrəvana sərt sillə: “Qarabağa girməyəcəyik”

Axar , 2 Feb 2015 16:42

İslamtimes - "Əgər siz Dağlıq Qarabağda gərginlik baş verəcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi müdaxilə edəcəyini düşünürsünüzsə, yanılırsınız".


Axar.az xəbər verir ki, bu açıqlama ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyuja erməni jurnalistin sualını cavablandırarkən deyib. O, Qarabağın KTMT sərhədləri çərçivəsində olmadığını bəyan edib:

"Əgər siz Dağlıq Qarabağda gərginlik baş verəcəyi təqdirdə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının hərbi müdaxilə edəcəyini düşünürsünüzsə, yanılırsınız. Çünki bu, KTMT-nin əsas müddəalarına ziddir".

Bu gün erməni mətbuatında Bordyujaya cavab verən Ermənistanın NATO-dakı üzvü Tevan Poqosyan isə baş katibi sərt tənqid edib. O, KTMT-ni kağız üzərində olan təşkilat adlandırıb.


Story Code: 436624

News Link :
https://www.islamtimes.org/az/news/436624/rusiyadan-irəvana-sərt-sillə-qarabağa-girməyəcəyik

Islam Times
  https://www.islamtimes.org