QR CodeQR Code

İslam Kərimov müxaliflərin ölüm siyahısını hazırlayıb

Musavat , 2 Feb 2015 17:03

İslamtimes - Özbəkistan prezidenti İslam Kərimov Türkiyədə yaşayan özbək müxalifləri hədəfə alır.


Musavat.com-un məlumatına görə, Kərimovun növbəti hədəfi uzun illər Özbəkistan Xalq Hərəkatının mətbuat katibi olmuş jurnalist Dilorom İsakovadır. Çarəsiz qaldığını deyən D. İsakova bildirib ki, nəvəsi ilə təhdid olunur. Xanım jurnalist hakim partiyaya müxalif olmağının cəzasını ağır ödəyir.

Türkiyəyə sığınan müxalifətçi özbəklərin adlarının olduğu ölüm siyahısı üzə çıxmağa davam edir. Ölüm siyahısında adı olan Abdullah Buxari ilk olaraq öldürülmüşdü. İslam Kərimov Özbəkistanda müxalifləri susdurmaq üçün öldürücü üsullardan istifadə etməklə məşhurdur. Edam siyahısında adı olan jurnalist İsakova təhdid zəngləri aldığını bildirib.

İsakova deyib: “Tez-tez zəng edib təhdid edirlər. Nəvələrimi öldürəcəklərini deyirlər. İlk dəfə çarəsiz qalmışam”.

İsakova Dilorom gözdən uzaq olmaq üçün Anadoluda bir kənddə yaşamağa üstünlük verdiyini bildirib. Təhdid gələn telefonların nömrələrinin gizli olduğunu dilə gətirən Dilorom bildirib ki, ilk dəfə Türkiyə xətti olan telefona 2014-cü ilin oktyabrında zəng gəlib:

“Zəng edən şəxs məni və övladlarımı öldürəcəyini dedi. 2 ay içərisində 20-dən çox zəng gəldi. Arayan adam türkcə danışırdı, amma ləhcəsindən türk olmadığı məlum idi”.

Türkiyədə qızları və nəvələri ilə yaşadığını deyən müxalifətçi jurnalist İsakova həyat yoldaşının və bəzi ailə üzvlərinin Özbəkistanda olduğunu qeyd edərək qorxduğunu bildirib. Xanım jurnalist Özbəkistanda doğrunun, haqqın tərəfində olduğunu söyləyib. “Əlimdən gəldiyi, gücüm çatdığı qədər doğrunu müdafiə etdim. Kərimov rejiminə qarşı savaşdım. Məzlum xalqımın yükünü götürə bilməsəm də bacardığım qədər o yükü yüngülləşdirməyə çalışdım”.

"Məni terrorçu elan etdilər"

Özbəkistanda müxalifətin hədəfdə olduğunu qeyd edən Dilorom ailəsinin təhlükəsizliyi üçün Türkiyədə olduğunu bildirib. Özbəkistan xalq hərəkatının üzvü olduğunu və 25 ildir ki, təzyiqlərlə qarşılaşdığını bildirən jurnalist deyib: “Siyasi fəaliyyətə başladıqdan sonra həyatım dəyişdi. Zülm tək məni yox, ailəmi də hədəfə aldı. Yazılarımı heç bir qəzetdə çap etmədilər. Təzyiqlər get-gedə daha da artdı. 1995-ci ildə “Silahla inqilaba cəhd” maddəsi ilə mühakimə olundum. Məni və həmkarlarımı terrorçu elan etdilər. İndi övladlarıma da terrorçu övladları deyəcəklər və bu ad 60 il bizi təqib edəcək. Çünki sənədlər 85 il saxlanılır”.

"Bu siyahı çox uzundur"

Abdullah Buxarinin sui-qəsdindən danışan İsakova deyib: “Ölüm siyahısında Məhəmməd Salehin oğlu Timurun da olması məni dəhşətə gətirdi. O gün göz yaşlarımı saxlaya bilmirdim. Timurun uşaqlığı gözümün qabağında idi. Sui-qəsdə məruz qalanlar göstərdi ki, bu siyahı çox uzundur. Məhəmməd Salehə qarşı 4 dəfə sui-qəsd cəhdi olmuşdu. M. Saleh Kərimova qarşı mübarizəyə başlayanda onsuz da qarşısındakının kim olduğunu bilirdi. Saleh buna hazır idi, amma oğlu Timurun da Kərimovun düşmənləri siyahısında olmağı Kərimovun nə qədər bədbəxt insan olduğunu göstərir”.

İstanbulun Zeytinburnu səmtində öldürülən Abdullah Buxari sui-qəsdindən sonra 4 nəfərlik ölüm siyahısı üzə çıxmışdı. Özbək kəşfiyyatı tərəfindən hazırlandığı iddia edilən siyahıya rus kəşfiyyatı tərəfindən dəstək verildiyi bildirilirdi. Siyahıda Buxari ilə bərabər Məhəmməd Saleh, Timur, məşhur alim Rəşad Karinin də adlarını olduğu məlum olmuşdu. Siyahıda 15 nəfərin olduğu iddia edilir.

Bütün hüquqlar qorunur.
Veb-saytın materiallarından istifadə zamanı "Dəyərlər" AİN-ə istinad (www.deyerler.org) zəruridir

MÖVZU ÜZRƏ İSTİNADLAR

İslam Kərimov Putinə qarşı çıxdı
İslam Kərimov səlahiyyətlərinin bir hissəsini parlamentə verir
Özbəkistan prezidentinin qızı yoxa çıxdı
İslam Kərimov qonşularını tənqid edib
İslam Kərimov: “Özbəkistan heç vaxt keçmiş SSRİ-nin bənzəri olan birli ...
Avropa İttifaqının nümayəndəsi İslam Kərimovun Brüsselə gələcəyini təs ...
Özbəkistanda müxalifətsiz parlament seçkiləri keçirilib
İslam Kərimov: “Mənim öz vəzifəmdən getmək fikrim yoxdur”
Özbəkistan prezidenti dəyişir
Özbəkistanda nazir istefaya getdi

Məlumat Yalnız qeydiyyata düşmüş istifadəçilər şərh yaza bilərlər. Əgər Siz artıq qeydiyyata düşmüsünüzsə, onda avtorizasiya edin. Bundan sonra Siz şərh yaza biləcəksiniz.

Xəbər Lenti


Story Code: 436637

News Link :
https://www.islamtimes.org/az/news/436637/islam-kərimov-müxaliflərin-ölüm-siyahısını-hazırlayıb

Islam Times
  https://www.islamtimes.org