0
Wednesday 10 November 2010 - 12:24

Əhmədinejad Azərbaycana səfər edəcək

Story Code : 43666
Əhmədinejad Azərbaycana səfər edəcək
Əhmədinejad Azərbaycana səfər edəcək
Bu barədə məlumatı çərşənbə axşamı İranın İSNA xəbər agentliyi yayıb.
Səfərin əsas məqsədi Xəzəryanı dövlət başçılarının sammitində iştirak etməkdir.
Agentliyin məlumatına görə, səfər çərçivəsində Azərbaycan və İran prezidentlərinin, eləcə də iki ölkənin digər yüksək vəzifəli rəsmi şəxslərinin görüşləri keçiriləcək.
Xəzəryanı ölkələrin dövlət başçılarının sammiti noyabrın 18-də Bakıda keçiriləcək.
Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.
1998-ci ilin iyulunda Qazaxıstan ilə Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.
2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstan ilə Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.
Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.
Hazırda Xəzəryanı dövlətlərin nümayəndələri çərşənbə axşamı başlayan və Tehranda keçirilən ikigünlük müşavirədə iştirak edirlər.
Comment