QR CodeQR Code

“5+1 siyasətlərində dəyişiklik etməlidir”

10 Nov 2010 13:27

IslamTimes - Mənuçöhr Müttəki: “5+1 qrup ölkələri İranla müzakirələr aparmaq üçün siyasətlərində dəyişiklik etməlidir”


5+1 qrup ölkələri (BMT TŞ-nin daimi üzvləri və Almanya) indiyədək İranla müzakirələrdə konstruktiv olmaq əvəzinə qarşı-qarşıya gəlməyə üstünlük verirdi. Bu qrup öz baxışlarını və siyasətlərini müzakirələr aparmaq üçün dəyişməlidir. Bu sözləri İranın xarici işlər naziri Mənuçöhr Müttəki jurnalistlərə açıqlamasında bildirib. Bu barədə İranın MEHR xəbər agentliyi məlumat verir.
Müttəki əlavə edib ki, İran ciddi və düzgün müzakirələr aparamağa hazırdır.
Onun sözlərinə görə , 5+1 qrup ölkələri ilə müzakirələrin noyabrın 15-də Türkiyədə keçirilməsi haqda razılıq əldə olunub.
Avropa İttifaqının beynəlxalq məsələlər üzrə ali nümayəndəsi Ketrin Eşton oktyabrda İrana danışıqları noyabrın ortalarında Vyanada keçirməyi təklif edib. Buna cavab olaraq, Müttəki Aİ-ni danışıqların müddətini konkretləşdirməyə çağırıb. Aİ nümayəndələri oktyabrın 16-da danışıqların noyabrın 15-16-da aparmağı təklif ediblər.


Story Code: 43679

News Link :
https://www.islamtimes.org/az/news/43679/5-1-siyasətlərində-dəyişiklik-etməlidir

Islam Times
  https://www.islamtimes.org