0
Thursday 5 February 2015 - 13:56

Avropa Birliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirəcək

Story Code : 437555
Avropa Birliyi Rusiyaya qarşı sanksiya siyahısını genişləndirəcək
APA-nın “Gazeta.ru”-ya istinadən məlumatına görə, Aİ nümayəndələri fevralın 5-də “qara siyahı” ətrafında müzakirələri davam etdirəcəklər.
“Aİ Rusiyaya qarşı sanksiyalar siyahısını daha 19 nəfər və 9 şirkət hesabına genişləndirəcək”, deyə mənbə bildirib.
Məlum olduğu kimi, bu həftə Avropa İttifaqına üzv olan 28 ölkə nümayəndəsi Rusiya və Ukraynadakı müstəqillik tələb edən qüvvələrə qarşı sanksiya siyahısını genişləndirmək üzrə təklifləri müzakirə edirlər. Sanksiyalar “qara siyahı”ya daxil edilən şəxslərin bank hesablarının dondurulmasını və Aİ ölkələrinə səfər etmək üçün vizaların verilməməsini nəzərdə tutur.
Comment