QR CodeQR Code

İŞİD-çilər kimlərdir?

Nur.az , 7 Feb 2015 16:40

İslamtimes - ABŞ-da İŞİD haqda yeni kitab nəşr olunub. “Terrorçular ordusu daxilində İŞİD” adlı bu kitabda göstərilir ki, İŞİD liderləri özlərindən qabaqkı terror təşkilatlarının səhvlərini təkrarlamadan İraq və Suriya daxilində güclü bir baza qurmağa çalışırlar.


Kitabın müəlliflərindən olan suriyalı jurnalist Həsən Həsən deyir: “İŞİD-in aparıcı qüvvələrinin əksəri Səddam Hüseynin zabitləri və təhlükəsizlik əməkdaşlarıdır. Onlar özlərini qorxunc təşkilat kimi göstərir və bütün dünyanı əhatə edəcək xilafət dövrünün çatdığını bildirirlər. İŞİD yeni üzvlərinə dini, hərbi və siyasi təlimlər keçir, əks-kəşfiyyat sirlərini öyrədir, şəriət məmurları onların kobud rəftarlarını dini mətnlərlə əsaslandırırlar”.

Jurnalistin dediyinə görə, İŞİD aşağıdakı qruplardan təşkil olunub:

Radikal komandirlər
Maddi maraq güdənlər
Sabitlik arzusunda olan praqmatistlər
Yanlış və təhlükəli düşüncələrə malik xarici vətəndaşlar
Orta Şərqdə şiələrin nüfuzundan narahat olub xilası İŞİD-də görənlər.


Story Code: 438236

News Link :
https://www.islamtimes.org/az/news/438236/işid-çilər-kimlərdir

Islam Times
  https://www.islamtimes.org