0
Saturday 7 February 2015 - 19:29

Ukrayna prezidenti Merkel-Olland planını qəbul edib

Story Code : 438299
Ukrayna prezidenti Merkel-Olland planını qəbul edib
APA-nın xəbərinə görə, P. Poroşenko Münhendə “Reuters” agentliyinə açıqlamasında deyib ki, bu plan işləyə bilər. Onun fikrincə, Almaniya-Fransa planı Avropada təhlükəsizliyə nail olmağa imkan yaradacaq.  
Qeyd edək ki, Merkel və Olland fevralın 5-də Kiyevdə Poroşenko ilə danışıqlar apardıqdan bir gün sonra Moskvaya uçaraq Rusiya prezidenti Putinlə görüşüblər. Danışıqlarda Ukraynadakı böhranın həllinə dair birgə sənəd hazırlanması barədə razılığa gəlinib. Bazar günü tərəflər telefonla yekun məsləhətləşmə aparacaq.
Comment