QR CodeQR Code

Avropa İttifaqından İsrailə xəbərdarlıq

12 Nov 2010 12:01

IslamTimes - Avropa İttifaqı İsrail rejimindən qanunsuz tikintiləri dayandırmağı tələb edir


Avropa İttifaqı sionist İsrail rejimindən Fələstindən işğal etdiyi ərazilərdə qanunsuz olaraq daha 1300 yaşayış evinin tikintisinə verilmiş qərarın ləğv edilməsini tələb edir. Avropa İttifaqının Beynəlxalq işlər və siyasi təhlükəsizlik üzrə ali nümayəndəsi Ketrin Eştonun bununla bağlı yaydığı bəyanatda, sionistlərin qanunsuz gəlmələr üçün qeyri-qanuni yaşayış evləri inşa etməsi ilə bağlı ciddi narahatçılıq ifadə olunur. “İsrailin bu planı beynəlxalq ictimaiyyətin Yaxın Şərqdə sülhə nail olunması üçün gördüyü işləri sual altına alır. İsrailin bu qərarı ləğv edilməlidir”, - deyə bəyanatda bildirilir.


Story Code: 43847

News Link :
https://www.islamtimes.org/az/news/43847/avropa-ittifaqından-israilə-xəbərdarlıq

Islam Times
  https://www.islamtimes.org