QR CodeQR Code

"Mücahidlərimizə uzanan əlləri kəsərik!"

İslam-Azeri , 12 Nov 2010 12:35

İslamtimes - Livan "Hizbullah" hərəkatının lideri dünən "Əl Mənar" televiziyası vasitəsilə yenidən çıxış edib.


İslam-Azeri.az internet qəzetinin "Əl Mənar"a istinadən verdiyi xəbərə görə, Livan "Hizbullah" hərəkatının baş katibi Seyyid Həsən Nəsrullah Rəfiq Həririyə qarşı edilən sui-qəsdlə bağlı son zamanlar müqavimətə ünvanlanan ittihamların əsassız olduğunu bildirib.

Bu məhkəmənin arxasında İsrail və ABŞ olduğunu önə çəkən Nəsrullah deyib: "Yeni dövrə daxil olmuşuq. Lakin keçmişdəkiləri analiz etmək keçmişdən ibrət götürmək lazımdır. 2000-ci ildə "Böyük İsrail" tabutuna mismarı çalanda sionist rejim dedi ki, bizi məğlubiyyətə uğradan "Hizbullah" qarşısında susmayacağıq. Bu hücumlar beş dövrdən ibarətdir".

Seyyid Nəsrullah bu beş dövrü belə ardıcıl olaraq sayır:

"1. Suriya ordusunun Livandan çıxarılması məsələsinin beynəlxalq aləmdə şişirdilməsi.

2. "Hizbullah"a vəzifə vermək, yumşaq müharibə. (Şak Şirak demişdi ki, "Hizbullah"a vəzifə verdikdən sonra onlar silahın artıq yük olmasını düşünüb silahdan yaxa qurtaracaqlar).

3. Döyüş, 2006-cı ildə Müqavimətə zərbə planları (2006-cı ilin iyul aylarında İsrailin Livana hücumu).

4. 5-7 mayda alınan qərarlar. (Fuad Senyoranın "Hizbullah"ın silahını qanunsuz elan etmək).

5. Beşinci dövr isə, hazırki Həriri məhkəməsidir".

Seyyid Həsən Nəsrullah bu dövləri açıqladıqdan sonra Müqaviməti hədəfə alanlara mesaj verib: "Səhv düşünürsünüz. Elə bilirsiniz saxta məhkəmədən çıxarılan qərarlara tabe olacağıq. "Hizbullah"ın hər hansı bir üzvünə-mücahidə qarşı həbs etmək üçün uzanan əlləri kəsərik!. Hər kəs döyüşdən danışırsa bizi qorxutmur, bizi müjdələyir".


Story Code: 43854

News Link :
https://www.islamtimes.org/az/news/43854/mücahidlərimizə-uzanan-əlləri-kəsərik

Islam Times
  https://www.islamtimes.org