QR CodeQR Code

Hicab məhbusu “krıtı”ya göndərildi

Cenubnews.com , 8 Feb 2015 23:01

İslamtimes - 14 saylı CM-dəki İslamçı məhbuslardan yeni xəbər var


Xəbər verdiyimiz kimi,14 saylı CÇM-də məhkum Elşad Babayevin qətlə yetirilməsindən sonra, 5 il 6 ay azadlıqdan məhrum edilmiş hicab məhbusu İlham Hətəmov və daha beş məhbusun həbsxana daxilində məhkəməsi keçirilmişdi.

Bu gün Cenubnews.com İnternet Qəzetinə verilən məlumata görə, ötən gün İslamçı məhbus İlham Hətəmov və digər beş məhbus Qobustan həbsxanasına köçürülüb.Həmən məhbuslar cəzalarının qalan hissəsini Qobustan həbsxanasında (qapalı tipli həbsxana) keçirəcəklər.Həbsxana rəhbərliyi, İlham Hətəmovu Elşad Babayevin ölümündən sonra həbsxana daxilində keçirilən insidentdə iştirak etdiyini əsas gətirərək onu Qobustana göndərir.

Xatırladaq ki, 14 saylı CÇM-də baş verənlərdən sonra, dekabr ayının 26 da saat 5 radələrində baş redaktor Araz Quliyev, hicab məhbusu Anar Qasımlı və bir neçə məhbus xüsusi təyinatlılar tərəfindən döyülərək, işgəncə verilmək üçün “Tubzon”a aparılıb.

Həmçinin 14 saylı CÇM-də baş verənlərdən sonra bir neçə məhbus, o cümlədən İslamçı məhbuslar – Rza Ağalı və İlham Hətəmov 14 saylı CÇM-də karserə salınıb.

Qeyd edək ki, dekabrın 22-də Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsində dünyasını dəyişən məhkum Elşad Babayevin ölüm kazığı yaxınlarına təqdim olunub.

Bu barədə məhkumun bacısı Simuzər Babayeva bildirib. S.Babayeva qardaşının ölüm səbəbinin saxtalaşdırldığını deyib: “Qaradağ Rayon Məhkəmə Tibb Ekspertizasının eksperti Cavid Əhədov ölüm kağızını mənə verdi. Ölüm kağızında yazıb ki, güya qardaşım ürək tutmasından – kardiomiopatiyadan ölüb. Mənim qardaşımın ölümünə səbəb ona verilən işgəncələrdir, döyülmə zamanı aldığı xəsarətlərdir. Onun ürəyi heç vaxt ağramayıb. Bunu ekspertə dedim. Ondan qardaşımın bədəni üzərindəki xəsarətlərin hansı şəraitdə almasını soruşdum. Ekspertin əlləri əsirdi, cavab verə bilmədi. Bu adamlar qardaşımı öldürənlərin cinayətinə şərik oldular”.

S.Babayeva qardaşının ölümü ilə bağlı bəzi detalları dəqiqləşdirə bilib: “Elşada işgəncəni dekabrın 13-də veriblər. Qardaşım ölümündən 10 gün əvvəl ”do prixod” deyilən yerdə döyülüb, işgəncələrə məruz qalıb. Onu orada 10 gün betonun üstündə saxlayıblar. Vəhşicəsinə döyüb ağır vəziyyətə salıblar və orada saxlayıblar. Dekabrın 22-nə qədər qardaşıma çörək bir tərəfə, su belə verməyiblər. Sonradan onu ölümcül durumda “kars”a köçürüblər”.

S.Babayeva ekspertin rəyi ilə razı olmadığını, qardaşının ölümünə işgəncələrin səbəb olduğunu xatırladıb: “Döyüb, işgəncə verib Elşadı öldürüblər. Onu döyənlər orada ad çıxarıblar. Nəzarətçilər Firdosi, Faiq, Rahib xüsusi adam döyənlərdir. Bu gün də orada işləyirlər. Rahib məhkumlara işgəncə verdiyinə görə illər öncə bıçaqlanıb. Bu rəyi verməklə məhkəmə tibb-eksperti bu adamların cinayətinin ört-basdır olunmasında iştirak etdi. Amma bilsinlər ki, hər biri etdiklərnə görə qanun qarşısında cavab verəcəklər. Mən qardaşımın qanını yerdə qoyan deyiləm”.


Story Code: 438582

News Link :
https://www.islamtimes.org/az/news/438582/hicab-məhbusu-krıtı-ya-göndərildi

Islam Times
  https://www.islamtimes.org