QR CodeQR Code

ABŞ-dakı QHT-lər Gülən Camaatı məktəblərinin bağlanılmasını tələb etdi

Deyerler , 9 Feb 2015 12:05

İslamtimes - ABŞ-ın Ohio ştatında olan səkkiz qeyri-hökumət təşkilatları (QHT) "Gülən camaatı" ilə əlaqəli olan müqaviləli məktəblərin bağlanmasını tələb edib, - “Haber7”.


Gülən Camaatının məktəblərinin bağlanılmasını tələb edən QHT-lər arasında Ohio Müəllimlər Federasiyası və Amerika Əmək Federasiyası-Sənaye Təşkilatlar Konqresi (AFL-CIO) kimi nüfuzlu QHT-lər də iştirak edir. QHT-lər Ohio ştatında olan "Gülən camaatı"na məxsus 9 məktəbə fəaliyyəti üçün lisenziya verən “Buckeye Community Hope Foundation”a açıq məktub göndərərək bu məktəblərin müqavilələrinin artırılmamasını tələb edib.

Keçən həftə göndərilən məktubda məktəblərin müddəti bitən lisenziyalarının uzadılmaması xəbərdarlığı ilə yanaşı FTB-nin apardığı istintaqın bu məktəblərin dərs ilin ortasında bağlana biləcəyi xəbərdarlığı da edilib.


Story Code: 438681

News Link :
https://www.islamtimes.org/az/news/438681/abş-dakı-qht-lər-gülən-camaatı-məktəblərinin-bağlanılmasını-tələb-etdi

Islam Times
  https://www.islamtimes.org