QR CodeQR Code

Qarabağda müharibə gözlənilir

12 Nov 2010 16:26

IslamTimes - Ermənistan mətbuatında Rusiya Dumasının Federasiya Şurasının sədri Nikolay Rıjkovun bəyanatı yer alıb. Rıjkov konfliktin nizamlanma prosesinin dalana dirəndiyini bildirib.


Parlamentlərarası komissiyanın həmsədri qeyd edib: “Biz Dağlıq Qarabağ ətrafında vəziyyətlə bağlı narahatıq. Hiss edirik ki, məsələ dalana dirənir. Vəziyyətdən çıxış yolu görünmür.”
Rıjkov Yaroslavlda Ermənistan və Rusiya xarici işlər nazirlikləri səviyyəsində danışıqlara da bir o qədər ümid olmadığını bildirib.
Rıjkov deyib: “O vaxta qədər vəziyyət pisləşsə və ciddiləşsə, biz kənarda dayana bilməyəcəyik. Biz müharibəni görməyə bilmərik. Əlbəttə ki, biz sözümüzü deyəcəyik.”
Maraqlıdır ki, Rıjkov “sözümüzü deyəcəyik” sözləri ilə nəyə işarə edir? Əslində sualın cavabı Azərbaycanda siyasətsən uzaq adamlara da aydındır.
Konflikt 1988-ci ildə başlayıb. 1991-ci ildə azərbaycanlı əhalinin iştirak etmədiyi qeyri-qanuni referendumda Qarabağın müstəqilliyi elan edilib. Ermənilər tərəfindən hərbi əməliyyatlar başlayıb. 1994-cü ildə atəşkəs müqaviləsi imzalanıb. 1992-ci ildən ATƏT-in Minsk qrupu sülh danışıqlarına nəzarət edir. /HaqqYolu/


Story Code: 43877

News Link :
https://www.islamtimes.org/az/news/43877/qarabağda-müharibə-gözlənilir

Islam Times
  https://www.islamtimes.org