QR CodeQR Code

İsrail dünyanı saya salmır

12 Nov 2010 22:44

IslamTimes - Qərbi Şəriada min yeni evin tikilməsinə qərar verilib


İsrail beynəlxalq birliyin etirazlarına baxmayaraq işğal altında saxladığı Fələstin torpaqlarında yəhudi inşaat məskənləri salmağa davam edir.
Ölkə hökuməti Şərqi Qüdsdə inşaatına icazə verdiyi 1300 evdən sonra indi də Qərbi Şəriadakı Ariel bölgəsində min yeni evin tikilməsi haqda qərar qəbul edib.
İsrail bu layihə ilə Qüdslə Qərbu Şəria arasındakı əlaqəni qoparmağa çalışır.
Fələstin isə İsrailin bu qərarına sərt reaksiya verib. İslam Konfransı Təşkilatının baş katibi Ekmələddin Əhsanoğlu da İsraili qınayıb. İndoneziyada səfərdə olan ABŞ prezidenti Barak Obama da İsrailin qərarını tənqid edib.
ABŞ prezidenti Barak Obamanın partiyasının ara seçkilərdə uğursuzluğa düçar olmasının İsrailin bu qərarlarında önəmli rol oynadığı bildirilir. Son zamanlarda İsrail mediasında yer alan xəbərlərdə zəif Obamanın İsrail üçün tarixi fürsət yaratdığı tezisi işlənir.


Story Code: 43904

News Link :
https://www.islamtimes.org/az/news/43904/israil-dünyanı-saya-salmır

Islam Times
  https://www.islamtimes.org