QR CodeQR Code

Rusiya ordusu ən güclüdür

11 Feb 2015 11:32

IslamTimes - Rusiya ordusu Avropada ən güclü ordudur.


ANS-in məlumatına görə, bu haqda “The National Interest” analitik nəşrində amerika hərbi analitiki Deyv Madjumdar yazıb.
Onun sözlərinə görə, Rusiya Avropada ən böyük nüvə potensialına malikdir. Rusiya həmçinin ordunun ehtiyaclarını tamamilə təmin edən ölkələrdən biridir.
Bu gün Avropada dörd güclü ordu mövcuddur. Amma Rusiya Silahlı Qüvvələri bu siyahıya başçılıq edir. Qonşu ölkələrlə müqayisədə Rusiyanın digər böyük üstünlüyü çoxsaylı və yaxşı təlim keçmiş hərbçilərə malik olmasıdır.
“Rusiya ordusu minlərlə nüvə başlığına malikdir. Bu fakt Rusiyanı Yer kürəsində ən əhəmiyyətli dövlətlərdən birinə çevirir. Bu ölkə ordusunun silahlarını özü təmin edir”, - deyə ekspert qeyd edib.


Story Code: 439250

News Link :
https://www.islamtimes.org/az/news/439250/rusiya-ordusu-ən-güclüdür

Islam Times
  https://www.islamtimes.org