QR CodeQR Code

İran hava hücumundan müdafiə sistemi yaradacq

13 Nov 2010 07:19

IslamTimes - İranın müdafiə naziri bəyan edib ki, Tehran uzaqmənzilli raketlərdən ibarət hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır.


SİA-nın BBC-yə istinadən verdiyi məlumata görə, İranın Fars Körfəzindəki Kiş adasında keçirilən aviasiya sərgisindən sonra çıxış edən general-mayor Əhməd Vahidi deyib ki, belə bir sistemin yaradılması üçün vaxt cədvəli artıq təyin edilib: "Uzaqmənzilli havadan müdafiə sipəri bizim gündəliyimizdədir. Əlbəttə, buna vaxt lazım olacaq, lakin Allah qoysa, bu işlər müəyyən edilmiş vaxt çərçivəsində başa çatdırılacaq."
Briqada generalı Məhəmmədhəsən Mənsurian deyib ki, ABŞ və İsrail tərəfindən təzyiqlər Tehranı belə bir addım atmağa məcbur edir.


Story Code: 43926

News Link :
https://www.islamtimes.org/az/news/43926/iran-hava-hücumundan-müdafiə-sistemi-yaradacq

Islam Times
  https://www.islamtimes.org