QR CodeQR Code

İran "5+1" danışıqlarının müsbət nəticələnəcəyinə inanır

13 Nov 2010 07:32

IslamTimes - İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri bildirib ki, "5+1" ölkələri əməkdaşlıq edərsə, aparılacaq danışıqlar müsbət nəticə verə bilər.


İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sədri Əlaiddin Brucerdi bildirib ki, "5+1" ölkələri (BMT TŞ-nin daimi üzvləri və Almaniya) əməkdaşlıq edərsə və bəhanələr gətirməzsə, İran və "5+1" ölkələri arasında aparılacaq danışıqlar müsbət nəticə verə bilər. Məlumatı ISNA agentliyi yayıb.
Brucerdi əlavə edib ki, danışıqların başlanmasını "5+1" ölkələri təklif etdiyi üçün bu dövr müzakirələrin əməkdaşlıq və müştərək mövqelər üzərində aparılacağına və müsbət nəticə verəcəyinə ümid bəsləmək olar.
Noyabrın 10-da İran və "5+1" ölkələrinin bir ildən sonra yeni dövr müzakirələri planlaşdırılmışdı. Daha sonra danışıqların tarixi 23 noyabr, yaxud 5 dekabr müəyyən olundu. Lakin bu da dəqiq tarix deyil. Müzakirələrdə "5+1" ölkələrini Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsii Ketrin Eşton təmsil edəcək.


Story Code: 43927

News Link :
https://www.islamtimes.org/az/news/43927/iran-5-1-danışıqlarının-müsbət-nəticələnəcəyinə-inanır

Islam Times
  https://www.islamtimes.org