QR CodeQR Code

İslam dini İsveçrədə rəsmi din ola bilər

13 Feb 2015 17:46

IslamTimes - İsveçrənin ən çox oxunan və məşhur qəzetlərindən biri olan “20 dəqiqə” “İslam İsveçrədə rəsmi din kimi qəbul edilsinmi?” sualı ilə sorğu hazırlayıb.


Axar.az xəbər verir ki, sorğu anketini dolduranların yüzdə 89%-i, yəni 318 min 213 nəfəri “bəli” cavabını verib.
Avropada artan İslam düşmənliyinə qarşı İsveçrədə “İslamın rəsmi din olması üçün” həm İsveçrə mətbuatı, həm də orada yaşayan müsəlman kəsim böyük mübarizə aparır.
İsveçrə İslami Təşkilatlar Koordinatoru Fərhad Əfşar müsəlmanlar üzərində təzyiqlərin artdığını, bunun qarşısının alınması üçün islamın rəsmi din kimi qəbul edilməli olduğunu vurğulayıb: “İslam dininin rəsmi dinlər arasına salınması radikalizmin qarşısını alacaq. Buna görə də İsveçrə hökumətinə İslamı rəsmi din kimi qəbul etməsi üçün müraciət etmişik”.


Story Code: 440016

News Link :
https://www.islamtimes.org/az/news/440016/islam-dini-isveçrədə-rəsmi-din-ola-bilər

Islam Times
  https://www.islamtimes.org