0
Saturday 13 November 2010 - 18:49

Fransada məscidə irqçi təhdid

Story Code : 44020
Fransada məscidə irqçi təhdid
Fransada məscidə irqçi təhdid
"Avropa Azadlıq Hərəkatı" adlı irqçi bir qrup tərəfindən göndərilən təhdid məktublarından birindən ağ pudra çıxıb. Həmin maddənin göndərilməsində məqsəd, məscid idarəçilərini zəhərləmək olduğu üçün şübhəli zərf üzərində təhlükəsizlik işçiləri araşdırma aparır. Məscidə gələn məktubun birində Qurani-Kərimin yandırılmış vərəqinin qalıqlarının olduğu və məktubda ''Müsəlmanlar zaman varkən torpaqlarımızı tərk etsin'' sözləri yazılıb.
Qeyd edək ki, Fransada son 10 ay ərzində məscidlərə çoxlu sayda irqçi hücum edilib. Təkcə türklərin sıx yaşadığı Alsace bölgəsində məscidlərə son 11 ayda 13 irqçi hücum reallaşıb. /Deyerler/
Comment