QR CodeQR Code

Donbasda 600 separatçı öldürüldü

15 Feb 2015 16:14

IslamTimes - 13 və 14 fevral tarixlərində, atəşkəsə qədər olan son iki sutkada anti-terror əməliyyatı zamanı ümumilikdə 600 separatçı məhv edilib.


Bu barədə Ukrayna Anti-terror Əməliyyatı Mərkəzinin Feysbuk səhifəsində yazılıb.  “2 gün ərzində baş verən qarşıdurmalar zamanı qanunsuz hərbi birləşmələr ciddi itkilər verib. 600 separatçı məhv edilib, 200 nəfərdən çox yaralanıb”, - məlumatda qeyd olunub.

Bundan başqa, Anti-terror Əməliyyatının Qərargahı bu müddət ərzində separatçıların 30-dan çox hərbi texnikasının məhv edildiyini bildirib.


Story Code: 440470

News Link :
https://www.islamtimes.org/az/news/440470/donbasda-600-separatçı-öldürüldü

Islam Times
  https://www.islamtimes.org