QR CodeQR Code

Qasim Süleymaninin sözü dünyada böyük əks-səda doğurdu

Nur.az , 15 Feb 2015 19:00

İslamtimes - “Qüds” generalı Qasim Süleymaninin “Artıq İŞİD-in ömrünün sonu yaxındır!” – sözü dünyada böyük əks-səda doğurub!


General Qasim Süleymaninin Kermanda İİR-ın qələbəsinin 36-cı ildönümü münasibəti ilə təşkil edilən mərasimdə söylədiyi nitqi dünya informasiya vasitələrində özünə geniş yer alıb.

Cənab general bildirib ki, İŞİD və o cümlədən, digər terrorist qrupların İraqda və Suriyadakı son ardıcıl məğlubiyyətləri onların ömrünün sonuna yaxınlaşdığını göstərir. Artıq regionda – Bəhreyn, İraq, Suriya, Yəmən və hətta şimali Afrikada belə İslam İnqilabının əlamətləri tamamilə müşahidə olunur. Dünya hegemonizmi, o cümlədən, beynəlmiləl sionizm Müqavimət cəbhəsinin önündə daim uğursuzluqlarla üzləşir, İİR-ın müqabilində aciz olduğunu günbəgün etiraf edirlər.

Amerikanın “Yahoo News”, Birləşmiş Ərəb Əmirliklərinin “əl-Ərəbiyyə”, İsrailin “Arotz Şva”, İngiltərənin “Daily Star”, Avropanın “Azadlıq radiosu” və digər xəbər agentlikləri Qasim Süleymaninin İŞİD-in ömrünün sonu ilə əlaqədar fikrini müxtəlif başlıqlarla xüsusi qeyd ediblər.



Story Code: 440497

News Link :
https://www.islamtimes.org/az/news/440497/qasim-süleymaninin-sözü-dünyada-böyük-əks-səda-doğurdu

Islam Times
  https://www.islamtimes.org