QR CodeQR Code

Fransa hökuməti istefaya gedib

14 Nov 2010 10:21

IslamTimes - Fransa prezidenti Nikolya Sarkozi şənbə günü baş nazir Fransua Fiyonun başçılıq etdiyi hökumətin istefasını qəbul edib.


APA-nın məlumatına görə, yaxın vaxtlarda Nikola Sarkozi hökumətin yeni tərkibini elan etməlidir.
Siyasi şərhçilərin fikrincə, Fiyon yeni tərkibdə də baş nazir kreslosunu qoruya biləcək. Onun əsas rəqibi indiyədək dövlət naziri vəzifəsini tutmuş Jan-Lui Borloodur.
Şənbə günü Yelisey sarayında Nikolya Sarkozi və Fransua Fiyon arasında görüş keçirilib. Fransa prezidenti yeni hökumətin tərkibini artıq bu gün elan edə bilər.
Fransada hökumət dəyişikliyi olacağını Sarkozi hələ 5 ay əvvəl elan etmişdi. /HaqqYolu/


Story Code: 44051

News Link :
https://www.islamtimes.org/az/news/44051/fransa-hökuməti-istefaya-gedib

Islam Times
  https://www.islamtimes.org