0
Monday 16 February 2015 - 16:44

Jirinovski: "Kiyevi yandıracağıq"

Story Code : 440615
Jirinovski: "Kiyevi yandıracağıq"
Jirinovski: "Kiyevi yandıracağıq"
Rusiyanın NTV kanalında məşhur “Spisok Norkina” verilişinə qatılan Jirinovski Minsk danışıqlarının nəticələrinin müzakirəsi zamanı özündən çıxaraq aparıcının tələsinə düşüb.

Aparıcı Jirinovskinin tez coşduğunu bilərərk dalbadal ona suallar verib. Bu zaman Rusiya xalqının kasıblığından danışmağa başlayan Jirinovski, özündən çıxaraq Kiyevin yandırılması fikrinə qədər gedib: “Kiyevi məhv edəcəyik, yandıracağıq Kiyevi”.

Bundan sonra “Nə deyirsiz, tankları Kiyevə yönəldək”, - sualına isə “Tanklar yox, uzaqdan hücumla. Donetskdən Kiyevi yandıraq. Çünki bu, ruslara qarşı müharibədir”, - deyə cavab verib.

Bu zaman aparıcının “Vladimir Volvofiç, Kiyevin yarısı rusdur, onları da məhv edək”, - sualından səhvini başa düşən Jirinovski dediyi sözü inkar edib. “Yox, mən dəqiq hücumlarla, yalnız dövlət binalarına nişanlanmış raketlərlə məhvdən danışıram”, - deyərək sözündən qaçır.
Source : Nur.az
Comment