QR CodeQR Code

Gürcüstan və Ukrayna arasında diplomatik qalmaqal yaranıb

Apa , 16 Feb 2015 16:47

İslamtimes - Ukraynanın Gürcüstandakı səfiri Vasil Tsıbenko Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.


Nazirlikdə Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə Müşavirlər Şurasının sədri rəhbəri təyin olunması ilə əlaqədar səfirdən izahat tələb olunub.

Gürcüstan XİN faktı təsdiqləyib. Nazirlikdən bildirilib ki, Gürcüstanın Ukraynadakı səfiri Mixail Ukleba da bu ölkənin müvafiq qurumlarından məsələ ilə əlaqədar izahat istəmək niyyətindədir.

Qeyd edək ki, fevralın 13-də Ukrayna prezidenti Pyotr Poroşenko Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin Ukrayna prezidenti yanında beynəlxalq məsələlər üzrə Müşavirlər Şurasının sədri və özünün ştatdankənar müşaviri təyin olunması haqqında sərəncam imzalayıb.


Story Code: 440616

News Link :
https://www.islamtimes.org/az/news/440616/gürcüstan-və-ukrayna-arasında-diplomatik-qalmaqal-yaranıb

Islam Times
  https://www.islamtimes.org