0
Thursday 7 May 2009 - 00:31

AVROPA MÜSƏLMANLARA QARŞI IKIÜZLÜ SIYASƏT YÜRÜDÜR

Story Code : 4408
AVROPA MÜSƏLMANLARA QARŞI IKIÜZLÜ SIYASƏT YÜRÜDÜR
İsveçrə Federal Məhkəməsi ölkədə fəaliyyət göstərən partiyalardan birinin müsəlmanları təhqir xarakterli seçki şüarını tənqid sərbəstliyi üçün nümunə göstərib. İqtidardakı Mərkəzi Demokrat Birliyinin (MDB) müsəlmanları təhqir etmək məqsədilə 2007-ci ildə keçirilən seçkilər üçün hazırladığı seçki lövhələrində namaz qıldığı halda göstərilən isveçrəli müsəlmanların şəkillərinin üzərində “Başınızı işlədin!” şüarı yer alıb. Aidiyyatı orqanlar isə bunu fikir azadlığı kimi qiymətləndirərək, sözügedən partiya barəsində heç bir ölçü götürməyib.

Xatırladaq ki, həmin ərəfədə müsəlmanlar 2006-cı ildə Danimarkada Məhəmməd peyğəmbəri təhqir xarakterli karikaturalara etiraz məqsədi ilə Bern şəhərindəki Federal Meydanda bir araya gəlmişdilər.

“Siz yəhudi və ya xristianlara qarşı belə şüarlar hazırlamağa cürət edə bilərsiniz? Əlbəttə ki, xeyr!” – deyə sağa meylli partiyanı ayrı-seçkiliyə yol verməkdə ittiham edən Bas-Valais şəhərinin prokuroru Andre Morand MDB-ni məhkəməyə vermişdi.

Məlumat üçün bildirək ki, müsəlmanlarla yanaşı, bir çox siyasi partiyalar sözügedən seçki şüarlarına etirazlarını bildirmişdilər. Sözügedən məhkəmə işi barəsində yekun qərar qəbul edən İsveçrə Federal Məhkəməsi isə məlum afişanın dini yaxud irqi ayrı-seçkilik xarakterli olmadığına dair hökm çıxarıb.

MDB əleyhinə cinayət işi qaldırılmasına və tərəfdar çıxan hakim Hans Vipraxtiger qəbul edilən qərarın ədalətsiz olduğunu bildirərək, belə bir qərarın vaxtaşırı anoloji hallara səbəb olacağını bildirib.
Source : Timeturk
Comment