0
Wednesday 18 February 2015 - 00:16

Türkiyə və əl-Nusra əməkdaşlığı

Story Code : 441034
Türkiyə və əl-Nusra əməkdaşlığı
Türkiyə və əl-Nusra əməkdaşlığı
Təhqiqatlar göstərir ki, Türkiyə dövləti Suriyada vuruşan əl-Nusra terror təşkilatı ilə əməkdaşlıq edir və hətta bu məqsədlə Suriya ordusunun bəzi mövqelərinə raket zərbələri endirib. Bu iddia ilə çıxış edən Londonun əl-Həyat qəzeti Suriyanı Əsəd müxaliflərinə silah satışı bazarı adlandırmışdır.
Həmçinin Türkiyənin Cümhuriyyət qəzeti ölkəsinin terrorçulara silah satışını təşkil etdiyini bildirərək Suriya ordusuna aid mövqelərin türk raketlərilə hədəf seçildiyini təsdiqləyir.

Bu məlumatlar Türkiyənin ötən il İŞİD tərəfindən öldürülən iki təhlükəsizlik əməkdaşına dair təhqiqatlar zamanı üzə çıxmışdır. Cümhuriyyət qəzetinin yazdığına görə, AK partili Mehmet Toktaşla təmasda olan Ayhan Orlinin telefon danışıqları sübut edir ki, Türkiyə hakimiyyəti terrorçuların Türkiyənin Yayladağ istiqamətindən Suriyanın Kesap bölgəsinə qaçaq tranzitini təşkil etmiş, Suriya ərazilərini bombalamaqla əl-Nusra terror qruplaşmasına yardım etmiş, həmçinin təkcə biri dörd milyon ABŞ dolları həcmində olan silah satışlarını həyata keçirmişdir.
Source : Nur.az
Comment