QR CodeQR Code

Qətər Misir səfirini geri çağırdı

Deyerler , 19 Feb 2015 14:44

İslamtimes - Qətər hökuməti Misir səfirini məsləhətləşmələr üçün geri çağırıb, - "Lenta".


Misirin nümayəndəsi Tariq Adil Ərəb Dövlətləri Liqasının iclasında Qətəri terrora dəstək verməkdə ittiham edib. Bundan sonra bu iki dövlət arasında qalmaqal baş verib.

Qeyd edək ki, Liviya İŞİD terorçuları 21 misirli məsihini edam etdikdən sonra, Misir bu terror qruplaşmasının Liviyada yerləşən mövqelərinə aviazərbələr endirib. Ərəb dünyasında Misirin bu intiqam aktına birmənalı yanaşılmayıb. Liviya hökuməti isə bu raket zərbələrini ölkə suverenliyinin və beynəlxalq hüququn pozulması adlandırıb.


Story Code: 441453

News Link :
https://www.islamtimes.org/az/news/441453/qətər-misir-səfirini-geri-çağırdı

Islam Times
  https://www.islamtimes.org