0
Monday 15 November 2010 - 06:54

Azərbaycanın 4 ölkədə səfirliyi açılacaq

Story Code : 44153
Azərbaycanın 4 ölkədə səfirliyi açılacaq
Azərbaycanın 4 ölkədə səfirliyi açılacaq
IslamTimes - Azərbaycan Milli Məclisi Vyetnam Sosialist Respublikası (Hanoy şəhəri), Cənubi Afrika Respublikası (Pretoriya şəhəri), Braziliya Federativ Respublikasında (Braziliya şəhəri) və İraq Respublikasında (Bağdad şəhəri) Azərbaycanın səfirliyinin təsis edilməsi barədə qanunlar qəbul edib. Bu barədə AzərTAc Dövlət İnformasiya Agentliyi məlumat verib.
İlham Əliyev Vyetnam Sosialist Respublikası, Cənubi Afrika Respublikası, Braziliya Federativ Respublikası və İraq İslam Respublikasında Azərbaycan səfirliklərinin fəaliyyətinin təmin edilməsi ilə bağlı sərəncamlar imzalayıb. Sərəncamlarda qeyd olunub ki, yeni açılacaq səfirliklərin maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərinin həlli, strukturlarının və ştat cədvəllərinin təsdiqi Nazirlər Kabinetinə tapşırılsın. /Trend/
Comment