0
Monday 15 November 2010 - 07:32

Kərzai: "ABŞ əməliyyatları azaltmalıdır"

Story Code : 44159
Kərzai: "ABŞ əməliyyatları azaltmalıdır"
Kərzai: "ABŞ əməliyyatları azaltmalıdır"
Ötən gün Qəndahar vilayətində baş verən partlayış nəticəsində 2 mülkü vətəndaşın və bir NATO əsgərinin ölməsindən sonra, növbəti insident özünü gecikdirmədi. Neft daşıyan 12 NATO tankerinə od vuruldu.
Hadisə ölkənin şərqində yerləşən Nangarhar vilayetinde baş verib. Bensod bölgəsində dayanan NATO kanvoyuna hücum zamanı 12 tankerin hamısı yanaraq külə dönüb. Əməliyyatın Taliban qruplaşmasına aid olduğu bildirilir.
Bu arada Əfqanıstan prezidenti həmid Kərzai Vaşinqton post qəzetinə verdiyi açıqlamada ABŞ və NATO qüvvələrini intensiv əməliyyatları azaltmağa çağırıb. O, bu əmliytaların əfqan xalqını və Taliban qruplaşmasını da qıcıqlandırdığını bəyan edib. Kərzai ABŞ və NATO əməliyyatlərının bölgədə müharibəyə qığılcım qatdığını açıqlayıb. /Milli.az/
Comment