QR CodeQR Code

«Time»ın sorğusunda Ərdoğan liderdir

15 Nov 2010 07:40

IslamTimes - Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan “Time” jurnalının “Dünyada ilin adamı”nı müəyyən etmək üçün təşkil etdiyi rəy sorğusunda 4 gün ərzində 16-cı pillələdən 1-ci sıraya yüksəlib.


Milli.Az xəbər portalı BBC-yə istinadən bildirir ki, müşahidəçilər Ərdoğanın nüfuzuna hörmətlə yanaşmaqla birlikdə, bu nəticəni əsasən dünyadakı türklərin internet vasitəsi ilə yaxşı təşkilatlanması ilə əlaqələndirirlər.
Türkiyənin kütləvi informasiya vasitələrinin yazdığına görə, sorğu haqqında məlumatın yayılması dünyanın müxtəlif ölkələrində yaşayan Türkləri hərəkətə keçirib. Namizədlər siyahısında 25 nəfərin adı var.
İlk günlərdə Ərdoğan 16-ci pillədə olub.
Lakin məlumatların müxtəlif internet saytlarında yayılmasından sonra Ərdoğan 1 gecədə 5-ci sıraya qədər yüksəlib. İndi isə Türkiyənin baş nazirinin adı 65 min səslə siyahının zirvəsindədir.
Onu siyahıda 60 min səs toplayan Lady Gaga izləyir.


Story Code: 44160

News Link :
https://www.islamtimes.org/az/news/44160/time-ın-sorğusunda-ərdoğan-liderdir

Islam Times
  https://www.islamtimes.org