QR CodeQR Code

Putin ingilisləri qorxutdu

20 Feb 2015 14:32

IslamTimes - Rusiyaya məxsus təyyarələr Böyük Britaniya hava məkanına yaxınlaşıb


Rusiyaya məxsus iki rus bombardmançı təyyarəsi neytral sular üzərindən uçaraq Böyük Britaniya hava məkanına yaxınlaşıb.
ANS PRESS-in məlumatına görə, bu barədə CNN Britaniya Hava Qüvvələrinə istinadla bildirib.
Xəbərdə deyilir ki, ötən gecə baş verən hadisədən dərhal sonra İngiltərədən ehtiyat tədbirləri görülüb. Belə ki, ingilis təyyarələri buna cavab olaraq havaya qalxıb və bombardmançıları ərazidən uzaqlaşanadək onları müşayiət ediblər.
NATO bununla bağlı bildirib ki, son vaxtlar Rusiyanın Şimali Atlantika Alyansı ölkələrinin sərhədlərinə yaxın manevrləri artıb.


Story Code: 441681

News Link :
https://www.islamtimes.org/az/news/441681/putin-ingilisləri-qorxutdu

Islam Times
  https://www.islamtimes.org