0
Friday 20 February 2015 - 19:58

Putin təcili iclas keçirdi

Story Code : 441770
Putin təcili iclas keçirdi
ANS PRESS-in məlumatına görə, operativ müşavirə zamanı Ukraynanın şərqində baş verən hadisələr, atəşkəs razılaşması, eləcə də Avropa liderləri ilə Belarus paytaxtında və sonra keçirilən görüşlərin, telefon danışıqları ilə bağlı məsələlər gündəmə gətirilib.
Müşavirədə baş nazir Dmitri Medvedev, Federasiya Şurasının sədri Valentina Matviyenko, Dövlət Dumasının sədri Sergey Narışkin, Kreml Administrasiyasının rəhbəri Sergey İvanov, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev və onun müavini Rəşid Nurqaliev, daxili işlər naziri Vladimir Kolokolsev, müdafiə naziri Sergey Şoyqu, xarici işlər naziri Sergey Lavrov və xarici kəşfiyyat xidmətinin rəhbəri Mixail Fradkov iştirak ediblər.
Prezidentin mətbuat katibi Dmitri Peskov bildirib ki, iclasda Ukraynanın cənub-şərqindəki vəziyyətlə bağlı Minsk razılaşmasının reallaşdırılması imkanları müzakirə edilib.
Comment