QR CodeQR Code

Rəsmi müharibə anonsu verildi

Islaminsesi , 22 Feb 2015 00:21

İslamtimes - Ukrayna xarici işlər nazirinin müavini Vadim Pristayko Rusiya ilə geniş miqyaslı müharibəyə hazırlaşdıqlarını bildirib.


Onun sözlərinə görə, Kanadadan silahın çatdırılmaları Ukraynaya çox lazımdır.

"Müharibə ehtimalı çox yüksəkdir. Biz hamını qorxutmaq istəmirik, amma biz tammiqyaslı müharibəyə hazırlaşırıq. Biz istəyirik ki, Kanada Ukraynaya ölümcül silahı göndərsin. Bu silah bizə özünü qorumağa imkan verəcək", - deyə Kanadanın CBC radiostansiyasına müsahibəsində Pristayko bildirib.

Silahın çatdırılmalarından başqa, Pristayko həmçinin Kanada və Yaponiyanın daha əvvəl söz verdiyi maliyyə köməyinin əhəmiyyətini vurğulayıb.

Daha əvvəl Pentaqon bildirib ki, ABŞ Ukraynaya silah verməyəcək.


Story Code: 442296

News Link :
https://www.islamtimes.org/az/news/442296/rəsmi-müharibə-anonsu-verildi

Islam Times
  https://www.islamtimes.org