QR CodeQR Code

Cənubi Sudanda silahlılar 90-dək uşağı girov götürüb

Apa , 22 Feb 2015 00:23

İslamtimes - Cənubi Sudanın şimalında silahlılar 89 oğlan uşağını girov götürüblər


“İnterfaks”n verdiyi xəbərə görə, bu barədə BMT Uşaq Fondunun (YUNİSEF) məlumatında bildirilir.

Məlumata görə, 12-13 yaşda olan uşaqlar Yuxarı Nil əyalətinin inzibati mərkəzi Malakal şəhəri yaxınlığındakı Vau Şiluk yaşayış məntəqəsində girov götürülüb.

Silahlılar qəsəbəni mühasirəyə alaraq bütün evlərdə axtarış aparıblar və girov götürdükləri uşaqları zorla naməlum istiqamətdə aparıblar.

Hüquq müdafiəçilərinin məlumatına görə, Cənubi Sudanda silahlılar oğurladıqları uşaqları nökər və ya döyüşçü qismində istifadə edirlər.

Hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.


Story Code: 442297

News Link :
https://www.islamtimes.org/az/news/442297/cənubi-sudanda-silahlılar-90-dək-uşağı-girov-götürüb

Islam Times
  https://www.islamtimes.org