0
Monday 23 February 2015 - 16:22

Poroşenko yenə söz verdi: “Qaytaracam!”

Story Code : 442434
Poroşenko yenə söz verdi: “Qaytaracam!”
Poroşenko yenə söz verdi: “Qaytaracam!”
Publika.az “unian.net” saytına istinadən xəbər verir ki, dövlət başçısı Ukrayna xalqına etdiyi müraciətində müvəqqəti işğal edilmiş ərazilər üzərində nəzarətin qaytarılacağını bildirib.

“Bu gün bunun sürətli olacağını deyə bilmərəm. Amma bu, mütləq olacaq”, - Poroşenko deyib.

Dövlət başçısı Krım yarımadasında keçirilən referendumu və Krımın Rusiyaya zorakı yolla birləşdirilməsini “abırsız hərəkətlər” adlandırıb. Prezident vurğulayıb ki, Ukrayna dövləti heç bir halda beynəlxalq hüquqa və Ukraynanın milli qanunvericiliyinə qarşı yönələn dəyərsiz aktın nəticələrini tanımayacaq.

“Ukrayna heç vaxt Krım üzərindəki suveren hüquqlarından imtina etməyəcək. Bu məsələdə Ukrayna hakimiyyəti, siyasətçiləri və vətəndaş cəmiyyətinin arasında tam razılıq mövcuddur. Biz dünya və bütün beynəlxalq təşkilatların mütləq dəstəyinə malikik”, - Ukrayna prezidenti vurğulayıb.
Source : Publika.az
Comment