0
Monday 23 February 2015 - 17:02

Məhkəmə Xədicə İsmayılovanı cərimələyib

Story Code : 442461
Məhkəmə Xədicə İsmayılovanı cərimələyib
Məhkəmə Xədicə İsmayılovanı cərimələyib
Vəkil Fariz Namazlının APA-ya verdiyi məlumata görə, məhkəmə qərarına əsasən, X. İsmayılova 2500 manat cərimələnib.

Qeyd edək ki, E. Türkoğlu X. İsmayılovanın “facebook” sosial şəbəkəsində onun şərəf və ləyaqətini alçaltdığını və böhtan xarakterli məlumat yaymasını əsas gətirərək, Binəqədi Rayon Məhkəməsinə müraciət edib.

Hazırda X. İsmayılova həbsdə olduğu üçün məhkəmə təcridxanada keçirilib.

X. İsmayılova ötən il dekabrın 5-də həbs edilib. O, Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 179.3.2-ci (mənimsəmə və ya israf etmə) və digər maddələrə əsasən ittiham edilir.
Source : Teleqraf.com
Comment