QR CodeQR Code

​​Rusiya İrana C-300 raketləri əvəzinə Antey-2500 sistemini təklif etdi

24 Feb 2015 00:29

IslamTimes - Rusiya İrana C-300 raket komplekslərinin əvəzində Antey-2500 hava hücumuna qarşı müdafiə sistemini təklif edib.


Bu barədə məlumatı "Rostexın" direktoru Sergey Çemezov verib.
Biz C-300 raketlərini artıq istehsal etmirik. İrana gəldikdə biz həmkarlarımıza yeni Antey-2500 hava hücumuna qarşı müdafiə sistemini təklif edə bilərik. Bu raket kompleksləri C-300-ün daha təkmilləşdirilmiş versiyaladır. Biz artıq C-400 reket kompleksini istehsal edirik. İranlı həmkarlarımız C-300 raket komplekslərinin idxal olunmasına təkid etdiklərinə görə, biz onlara "Antey-2500" hava hücumuna qarşı müdafiə sistemini təklif etdik. Lakin qərar hələ ki, verilməyib.
Xatırladaq ki, Rusiyanın İrana 800 milyon dollar dəyərində C-300 raket komplekslərinin ixrac edəcəyinə dair müqavilə imzalanmışdır. Lakin 2010-ci ildə İrana qarşı tətbiq olunan sanksiyalara görə sözügedən müqavilə donduruldu. /Deyerler/


Story Code: 442578

News Link :
https://www.islamtimes.org/az/news/442578/rusiya-irana-c-300-raketləri-əvəzinə-antey-2500-sistemini-təklif-etdi

Islam Times
  https://www.islamtimes.org