QR CodeQR Code

İsrail Qəzzəni işıqsız qoyub

IRIB , 15 Nov 2010 23:28

İslamtimes - Qəzzə Zolağında elektrikin tez-tez kəsilməsinə baxmayaraq, sionist İsrail rejimi bu məntəqənin elektrik stansiyasını yanacaqla təmin etməkdən boyun qaçırır.


Aldığımız məlumata əsasən, Qəzzə əhalisi günün əksər saatlarını qaranlıq içində qalır və bölgədə orta hesabla gündə 12 saat elektrik yoxdur.

Məlumatda qeyd olunur ki, fələstinlilər yaşayan bölgənin stansiyasında 2 generator var və onlardan yalnız biri işləyir.

2007-ci ildən indiyədək sionist rejim blokadaya alınmış Qəzzə Zolağına yancağın göndərilməsini əngəlləyir.

Qeyd edək ki, ötən il Qəzzədə köhnə üsullarla elektrik enerjisinin istehsalı 15 nəfərin həyatına son qoymuşdu.

Qəzzə zolağı ötən üç ildə dəniz, quru və havadan blokadaya alınıb, bir milyon yarım sakini isə ağır durumdadır.
Müşahidələrə görə, dünya ictimaiyyəti bu vəziyyətə son qoymaq üçün sionist İsraili yola gətirə bilməsə, gələcəkdə insan faciəsinin şahidi olacağıq.

Digər tərəfdən, su və elektrikin kəsilməsi, ərzaq və dərman preparatlarının bölgəyə göndərilməməsi Qəzzə sakinlərini ekoloji faciə ilə üzləşdirib və onların problemləri böyük dövlətlər tərəfindən unudulub.


Story Code: 44260

News Link :
https://www.islamtimes.org/az/news/44260/israil-qəzzəni-işıqsız-qoyub

Islam Times
  https://www.islamtimes.org