QR CodeQR Code

Orqan mafiasının başında İsrail rejiminin durduğu açıqlandı

16 Nov 2010 11:57

IsmTimes - Cənubi Afrikanın ən böyük səhiyyə idarəsi olan “Netcare” qanunsuz böyrək transplantasiya əməliyyatlarında İsrail rejimini ittiham edib.


Durbanda yerləşən Auqustin hospitalında aparılan qanunsuz əməliyyatlarla bağlı yeddi illik araşdırma göstərmişdir ki, bu əməliyyatları, İsrail rejimi orqan əlveri ilə məşğul olan qurumla birgə həyata keçirmişdir.
Hesabata əsasən, orqanlar hətta kasıb romalılardan və braziliyalılardan da ucuz qiymətə alınırmış. Alınmış böyrəklər rejim vətəndaşları tərəfindən satılırmış.
Mənbənin verdiyi məlumata görə, rejim vətəndaşlarına böyrək üçün 20 000 dollar ödənildiyi bir halda, braziliyalılara və romalılara buna görə 6000 dollar ödənilirmiş.
Həmçinin əldə olunan məlumatlara əsasən, son iki ildə Ukraynadan 25 000 uşaq lazımi “hissələr” əldə etmək üçün rejimin klinikalarına gətirilmişdir. Bundan əlavə olaraq, sionist hərbi qurumları Fələstin əsrlərinin orqanlarının çıxarılmasına görə də ittiham olunmuşdur.
Cənubi Afrikada qanunsuz əməliyyatlarla 5 uşağın daxili orqanı çıxarılmışdır. Bu qanunsuz orqan əməliyyatlarında Afrika həkimlərinin iştrakı da olmuşdur.
Ümumilikdə 2001-2003-cü illər arsında adı gedən Afrika hospitalında 108 bu cür əməliyyat aparılmışdır. /Deyerler/


Story Code: 44292

News Link :
https://www.islamtimes.org/az/news/44292/orqan-mafiasının-başında-israil-rejiminin-durduğu-açıqlandı

Islam Times
  https://www.islamtimes.org