0
Wednesday 25 February 2015 - 18:46

Hicablı müəllimə işdən qovuldu

Story Code : 443106
Hicablı müəllimə işdən qovuldu
Hicablı müəllimə işdən qovuldu
Beyləqan rayon 6 saylı orta məktəbdə müəllimə kimi çalışan və hicablı olduğuna görə işdən azad edilən Günel Sadıqova da bu problemlə üzləşənlərdəndir. Şikayət edən müəllimə Təhsil Nazirliyinin xətti ilə imtahan verərək müəllimə kimi işləmək üçün Beyləqan rayonuna təyinat aldığını bildirir. Bu günə qədər iş fəaliyyətində heç bir nöqsana yol vermədiyini və kollektivdən razılıqdan başqa heç bir söz eşitmədiyini deyir. Günel Sadıqovanın sözlərinə görə 2011-ci ildən bu yana heç bir problemlə üzləşməsə də son bir neçə gün ərzində məktəb rəhbərliyinin təzyiqi ilə üzləşib. Belə ki, Beyləqan rayon 6 saylı orta məktəbin direktoru Hüseyn Abbasquliyev müəlliməyə məktəbə hicabla gəlməmək göstərişi verib. Günel Sadıqova Allahın vacibatını hər şeydən üstün tutaraq direktorun tapşırığını yerinə yetirməkdən imtina edib. Nəticədə isə direktordan eşitdiyi tək bir söz olub - hicablı olduğunuza görə işdən azad edilirsiniz. Müəllimənin işdən azad olunmasını isə direktor əmək məcəlləsinin 70-ci maddəsi ilə (işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) əsaslandırıb.
Məktəbin direktoru Hüseyn Abbasquliyev özü də Günel Sadıqovanı hicablı olduğu üçün işdən azad etdiyini təsdiqləyib
Source : Azadxeber
Comment