QR CodeQR Code

Sionist Netenyahu tənqid olundu

Ans , 26 Feb 2015 15:57

Islamtimes - ABŞ rəsmiləri işğalçı İsrailin qondarma baş naziri Benyamin Netanyahunun Amerika və İran arasında davam edən nüvə danışıqları ilə bağlı tutduğu mənfi mövqeyini kəskin tənqid ediblər.


İranla danışıqlarda ABŞ-ı təmsil edən dövlət katibi Con Kerri bildirib ki, İsrail bu danışıqlara münasibətdə yanlış mövqe tutub.

Dövlət katibi yada salıb ki, “Netanyahu prezident Buşun vaxtında İraqa müdaxilənin qızğın tərəfdarı olub və bunun nə ilə nəticələndiyi hamıya bəllidir”.

Kerri bəyan edib ki, İsrail baş nazirinin gələn həftə Konqresdə edəcəyi çıxışını gözləyəcək.

Netanyahunu Konqresdə çıxış etmək üçün respublikaçılar dəvət ediblər. Onlar Qərbin İranla apardığı nüvə danışıqlarının və Tehranla yaxınlaşmanın əleyhinə çıxırlar.

Prezident Obamanın milli təhlükəsizlik müşaviri Syuzan Rays ABŞ-İsrail münasibətlərinin partiyalararası münasibətlər müstəvisinə gətirilməsinin əleyhinə olduğunu bildirib.

Qeyd edək ki, Netanyahu öz növbəsində dünya güclərini İranın nüvə silahı əldə etməsi cəhdlərinin qarşısını almaqdan imtina etməkdə günahlandırıb.


Story Code: 443408

News Link :
https://www.islamtimes.org/az/news/443408/sionist-netenyahu-tənqid-olundu

Islam Times
  https://www.islamtimes.org